Ümid edirik ki, inşallah, bu ilki 22 Bəhmən də əvvəlki illər kimi İran xalqının əzəmətini daha da artıracaq və digər xalqları, hökumətləri və gücləri İran xalqı qarşısında təvazökar olmağa vadar edəcək. İnşallah, belə də olacaq.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün, 09 Fevral 2026 tarixdə, Ümüdünya Müsəlmanlarının Ali Lideri, İmam Xamenei Həzrətləri İslam İnqilabının Qələbəsinin 47-ci ildönümü ərəfəsində İran xalqına ünvanlanan televiziya müraciəti ilə çıxış edib.
Bu çıxışın tam mətni aşağıdakı kimidir:
Bismilləhir Rahmənir Rahim
Hər il 22 Bəhmən İran xalqının qüdrətinin və izzətinin nümayiş olunduğu gündür. Allahın lütfü ilə bu xalq motivasiyalı, qərarlı, möhkəm iradəli, qədirbilən və öz mənafeyini, zərərini tanıyan bir xalqdır. İlk 22 Bəhməndə İran xalqı böyük bir qələbə qazandı; özünü və ölkəsini xarici müdaxilədən xilas etdi. O xarici qüvvələr bütün bu illər ərzində daim əvvəlki vəziyyəti bərpa etməyə çalışıblar.
İran xalqı möhkəm dayanıb. Bu möhkəmliyin simvolu 22 Bəhməndir. Bu yürüş dünyada misli-bərabəri olmayan bir hadisədir. Elə bir ölkə tanımırıq ki, onilliklər keçməsinə baxmayaraq, hər il müstəqillik və milli gün münasibətilə bütün ölkə üzrə bu qədər kütləvi şəkildə insanlar küçələrə çıxsın və xalq öz varlığını bu şəkildə nümayiş etdirsin. Bu gün İran xalqı küçələrə çıxmaqla öz gücünü göstərir və bu, İslami İrana, İslam Respublikasına və bu xalqın maraqlarına qarşı tamah bəsləyənləri geri çəkilməyə məcbur edir.
Milli güc raketlər və təyyarələrdən daha çox xalqların iradəsi və möhkəmliyi ilə bağlıdır. Allahın lütfü ilə siz möhkəmlik göstərmisiniz və öz iradənizi ortaya qoymusunuz. Müxtəlif vəziyyətlərdə bunu yenidən göstərin. Düşməni məyus edin. Düşmən məyus edilmədikcə, bir xalq təzyiq və əziyyətə məruz qalacaq. Düşmən mütləq məyus olmalıdır.
Düşmənin məyusluğu sizin birliyinizdən, düşüncə və iradənizin gücündən, motivasiyanızdan və düşmənin vəsvəsələri qarşısında möhkəm dayanmağınızdan qaynaqlanır. Milli gücü formalaşdıran məhz bunlardır.
İnşallah, gənclərimiz elm sahəsində, əməli fəaliyyətdə, təqvada və əxlaqda, maddi və mənəvi tərəqqidə daha da irəli gedəcək, ölkə üçün qürur yaradacaqlar. 22 Bəhmən bütün bunların təcəssümüdür. Hamı küçələrə çıxır, şüarlar səsləndirir, həqiqətləri ifadə edir, həmrəyliyini nümayiş etdirir və İran İslam Respublikasına sədaqətini bəyan edir.
Ümid edirik ki, inşallah, bu ilki 22 Bəhmən də əvvəlki illər kimi İran xalqının əzəmətini daha da artıracaq və digər xalqları, hökumətləri və gücləri İran xalqı qarşısında təvazökar olmağa vadar edəcək. İnşallah, belə də olacaq.
Vəssəlamu əleykum və Rəhmətullahi və Bərəkatuh
Sizin rəyiniz