28 yanvar 2026 - 15:58
Əhməd əl-Şaraa adlı vəhhabi terrorçu Moskvaya Putinlə görüşə gəlib

Suriya müvəqqəti hökumətinin rəhbəri qolani ləqəbli, Əhməd əl-Şaraa adlı vəhhabi terrrorçu bir neçə dəqiqə əvvəl Moskvaya gəlib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, Qolani bu səfər çərçivəsində Rusiya prezidenti ilə görüşüb danışması planlaşdırılır.

Bu, Əş-Şaraanın ötən ilin qışından bəri Suriyada hakimiyyəti silah və terror gücü ilə ələ keçirdikdən sonra Moskvaya ikinci səfəridir.

Daha əvvəl Rusiya Prezident Sarayının (Kreml) mətbuat ofisi açıqlamışdı: Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Moskvada Suriyanın müvəqqəti hakimi Əhməd əl-Şaraa ilə görüşəcək.

Putin və Əş-Şaraanın görüşünün gündəliyini izah edərkən Kreml açıqlamışdı: İki tərəf müxtəlif sahələrdə ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini, eləcə də Qərbi Asiyadakı mövcud vəziyyəti müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, Suriyanın Tartus dəniz bazası Aralıq dənizində Rusiya dəniz bazasına, Latakiyada isə bölgədə Rusiya Hmeymim hava bazasına ev sahibliyi edir. Bu bazalar Moskva üçün strateji əhəmiyyət kəsb edir.

Sizin rəyiniz

You are replying to: .
captcha