26 yanvar 2026 - 19:40
Source: IRNA
İranda günlük Neft Hasilatında 63 min bareldən çox artım olub

"Petropars" Qrupunun baş direktoru: Günlük neft hasilatında 63 min bareldən çox artım olub

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Petropars" Qrupunun baş direktoru Həmidrza Səqəfi bildirib ki, Cənubi Azadeqan layihəsində həyata keçirilən bir sıra texniki və əməliyyat tədbirləri sayəsində, son 17 ay ərzində bu yataqda neft hasilatı gündəlik 63 min bareldən çox artıb.

Bu hasilat artımı, iş paketlərinin icrasındakı iki illik fasilədən sonra quyuların qazılması, tamamlanması və bərpası, turşu ilə emalı (asidləmə) və quyudaxili nasosların yenidən işə salınması nəticəsində əldə edilib.

Sizin rəyiniz

You are replying to: .
captcha