22 yanvar 2026 - 17:56
Source: IRNA
Xətibzadə: İran haqsız yerə tökülən qanların qisasını alacaq

Əlləri Qəzza və regionun digər ərazilərində on minlərlə günahsız insanın qanına bulaşanlar isə insan haqları kimi anlayışları alətə çevirərək anti-iran proqramlarını irəli aparmağa çalışırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin müavini bu gün BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında, İranda baş verən son hadisələrə dair ölkəmizin mövqeyini izah etdi və vurğuladı ki, İran haqsız yerə tökülən qanların qisasını alacaq.

Xarici İşlər Nazirliyinin müavini həmçinin qeyd etdi ki, son illərdə sionist rejim İslam ümməti və İran İslam Respublikasına qarşı müxtəlif mənfur proqram və əməliyyatlar həyata keçirmişdir.

Onun sözlərinə görə, bu rejimin strategiyası regionda parçalanma yaratmaq, İslam dünyasına hökm etmək və Yaxın Şərqdə sabitliyi pozmaqdır. İran daxilində terror əməliyyatlarının təşkili də həmin rejimin 12 günlük müharibədəki strateji məğlubiyyətinin davamıdır.

Əlləri Qəzza və regionun digər ərazilərində on minlərlə günahsız insanın qanına bulaşanlar isə insan haqları kimi anlayışları alətə çevirərək anti-iran proqramlarını irəli aparmağa çalışırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha