22 yanvar 2026 - 19:38
Source: IRNA
Sepahın Baş Komandanı: İnqilab Keşikçiləri Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə həmişə hazırdır

Sepahın Baş Komandanı: İnqilab Keşikçiləri Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə həmişə hazırdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandiri general-polkovnik Pakpur "Keşikçi Günü" münasibətilə göndərdiyi mesajda vurğulayıb: İran İslam İnqilabının və əziz İranın keşikçiləri, əli tətikdə dayamış vəziyyətdə, hər zamankından daha hazır şəkildə, öz canlarından əziz saydıqları Ali Baş Komandanın əmrlərini və tədbirlərini həyata keçirməyə hazırdırlar.

Uca səslə və tamamilə fəxr edərək elan edirik ki, biz keşikçiyik, keşikçi qalacaq və Allahın lütf və mərhəməti ilə, digər mömin və fədakar mücahidlərlə birlikdə, vahid, birləşmiş və polad kimi bir sırada, vətənin nüfuz və təhlükəsizlik qalxanını düşmən Amerika-sionistlərin düşmənçilik və kin-küdurət fırtınaları qarşısında keçmişdən daha möhkəm şəkildə tutcağıq.

Cinayətkarlara, faciə qurğuşunlarına və insanlıq əleyhdarı xüsusilə Amerika və qondarma, irqçi sionist rejiminə xəbərdarlıq edirik: Tarixi təcrübələrdən və 12 günlük məcburi müharibədə yaşadıqlarınızdan ibrət alaraq, hər hansı hesablama səhvindən çəkinin ki, daha ağrılı və peşmançılıq doğuran bir taleylə üzləşməyəsiniz. İran İslam İnqilabının və əziz İranın keşikçiləri, əli silahda dayamış vəziyyətdə, hər zamankından daha hazır şəkildə, öz canlarından keçməklə əziz saydıqları Ali Baş Komandanın əmrlərini və tədbirlərini həyata keçirməyə hazırdırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha