Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri ABŞ prezidentinə İrana qarşı yönəlmiş düşməncəsinə siyasətlərin uğursuzluğu barədə xəbərdarlıq edərək deyib: Vaşinqtonun sınaqdan keçirilmiş bütün variantları – sanksiyalar, kiber müharibə, hərbi əməliyyat və terrorizmin dəstəyi – uğursuz olub və vaxtı gəlib ki, ABŞ təhdidlər yerinə hörmət və diplomatiya yolunu seçsin.
İran Xarici İşlər naziri Seyid Abbas Əraqçi ABŞ prezidentinin ölkəyə qarşı təhdidlərinə cavab olaraq öz "X" sosial şəbəkə səhifəsində yazıb:
İran xalqı şəhidlərini anarkən və terrorçuların dağıtdıqlarını yenidən bərpa edərkən, yeni bir təhdid ortaya çıxıb: diplomatiyanın son məğlubiyyəti.
Tammiqyaslı toqquşma qaçılmaz şəkildə dağıdıcı, qısa olmayacaq və İsrail və müttəfiqlərinin Ağ Evə təqdim etdiyi xəyali vaxt çərçivəsindən çox daha uzun çəkəcək.
İranın ABŞ prezidentinə mesajı aydındır: ABŞ hər cür düşmən addımı - sanksiyalar, kiberhücumlar, birbaşa hərbi əməliyyatlar və son vaxtlar açıq şəkildə böyük bir terror əməliyyatının dəstəyini sınaqdan keçirib və hamısında məğlub olub.
İndi başqa cür düşünməyin vaxtı çatıb: Hörməti sınamağın vaxtıdır.
Sizin rəyiniz