Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İmam Xamenei həzrətlərinin beynəlxalq işlər üzrə müşaviri cənab Doktor Əli Əkbər Vilayəti İraq Şiələrinin partiyalarının əlaqələndirmə çərçivəsinin əzalarından olan cənab Nuri əl-Maliki ilə telefon danışığında beynəlxalq arena və məntəqədə baş verən mühüm hadisələr haqqında , o cümlədən İran-İraq əlaqələri barəsində fikir mübadiləsi aparıblar.
Doktor Vilayəti İraq xalqının parlament seçkilərində geniş iştirak etmələrinə və İraq dövlətinin əldə etdikləri böyük naliyyətə görə təbrik edib və bu naliyyətlərin məhz Cənab Nuri Əl-maliki kimi şəxsiyyətlərin zəhməti sayəsində əldə olunduğunu vurğulayıb.
Cənab Vilayəti İmam Xameneinin son çıxışındakı nöqtəyə toxunaraq bildirib: “Ali Rəhbər buyurdular ki, Allahın Tövfiqi və lütfi sayəsində İran xalqı fitnənin belini sındırdığı kimi fitnə törədənlərin də beli sınmalıdır. Allahın lütfü və inayəti ilə bu şər plan zərərsizləşdirildi, amma ABŞ və sionist rejimlə mübarizə isə daha da ciddiyyətlə irəli aparılacaq. Bu hadisə təkcə İrana qarşı deyil idi, bütün məntəqə ölkələrinə qarşı aparılan şərr planı idi. İn şə Əllah İran, İraq, Livan Hizbullahı, Fələstin və Yəmən Ənsarullahı bütün müstəkbir və təkəbbürlü qüvvələr xüsusi ilə də sionist rejimə qarşı müqavimət göstərəcəklər...
Sizin rəyiniz