Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kerman əyalətinin Sarəllah Sepah bölümünün əlaqələndirmə şöbəsi bildirib ki, Sepahın Ettelaat Təşkilatı son iğtişaşlarda əyalətdə fəaal aktivlik göstərən, sionist rejiminə bağlı azğın Bəhai qruplaşmasının terror şəbəkəsini aşkarlayaraq darmadağın edib.
Sarəllah Sepah Ettelatı bildirib: “Ələ keçirilən liderlər ABŞ və sionist rejimindəki əsas aparıcılar ilə bir-başa əlaqədə olmuş və iğtişaşlara start verilən kimi qruplaşmanın bütün əzalarına odlu və soyuq silahlar verərək İslam hakimiyyəti və İran Xalqı əleyhinə terror aktları və vəhşiliklər həyata keçiriblər...”
Sizin rəyiniz