20 yanvar 2026 - 14:05
Pakistan Hindistanın Kəşmir və Camu əyalətində Məscidlərə və Müsəlmanlara qarşı İslamofob siyasətini məhkum etdi

Pakistan hakimiyyəti Hindistanın Kəşmir və Camu məntəqələrindəki Məscidlər və Məscid icmaları əleyhinə aparılan irqçi siyasətlərini məhkum edərək bu addımları eyd olunan məntəqələrin MÜsəlman əhalisinə qarşı din və etiqad azadlığı hüquqlarının pozulması kimi qiymətləndirdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistan Xarici İşlər Nazirliyinin spiker keçirlən mətbuat konfransında bəyanat yayımlayaraq bildirib: “Hindistan hökümətinin bu addımları din və etiqad azadlığı əleyhinə atılan addım və müsəlman cəmiyyətinin hüquqlarının tapdalanmasıdır.”

O, qeyd edib: “Bu addımlar, Müsəlman təbəqənin daxilində qorxu yaratmaq və müsəlman cəmiyyəti ictimai həyatdan kənarlaşdırmaqdır.”

Bəyanatda qeyd olunur ki, məcburi şəkildə şəxsi məlumatların əldə olunması, o cümlədən şəkilər, hansı məzhəb və ya firqəyə aid olmaq kimi məlumatları müsəlmanlardan zorla əldə etmək, “sistematik şəkildə əziyyət vermək” bütün bunlar namaz qılan müsəlman əhalisi arasında qorxu və hürkü yaratmaq və onları azad sürətdə ibadət etməkdən çəkindirmək məqsədi ilə həyata keçirilir.

Pakistan XİN spikeri həmçinin vurğulayıb ki, Hindistan rejiminin İslamofob siyasətləri bu hakimiyyətin Hindutəvaideologiyasından təsirlənir və bütün bunlara baxmayaraq Pakistan həmişəki kimi Kəşmir xalqının kənarında dayanıb, Kəşmir və Camu Müsəlmanları əleyhinə yürüdülən bu siyasətlərə etiraz sədasını dünyaya çatdırır.

Xatırladaq ki, Kəşmir və Camu Hindistanın iki yeganə əyalətləridir ki, burada əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir, Camuda əhalinin 67%-zi, Kəşmirdə isə 95%-zi müsəlmanlardır. 2019-cu ilin avqustun 5-də, Baharatiya Canata partiyasının Hindistanda hakimiyyətə gəlişindən sonra Kəşmirdə 950 Müsəlman şəhid edilib, bunlardan 18-zi qadındır.

Sizin rəyiniz

You are replying to: .
captcha