19 yanvar 2026 - 21:34
Source: IRNA
Miqrantlara qarşı təzyiqlər səbəbindən Trampın reytinqi kəskin aşağı düşüb

"Associated Press" (AP) agentliyi və NORC mərkəzinin sorğusunda iştirak edən amerikalıların yalnız 38 faizi Tramp administrasiyasının miqrantlarla bağlı mövqeyini dəstəkləyib. Halbuki, ötən ilin baharında həmin agentliyin sorğusunda seçicilərin 49 faizi Trampın bu yanaşmasını bəyənmişdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yeni rəy sorğuları ABŞ Prezidenti Donald Trampın miqrasiya sahəsindəki repressiv siyasəti fonunda onun populyarlığının rekord həddə azaldığını göstərir.

"Reuters" agentliyi və "Ipsos" sosioloji mərkəzinin birgə keçirdiyi yeni sorğunun nəticələrinə görə, Trampın reytinqi Ağ Evə qayıtdıqdan sonra ən aşağı səviyyəyə enib.

"Associated Press" (AP) agentliyi və NORC mərkəzinin sorğusunda iştirak edən amerikalıların yalnız 38 faizi Tramp administrasiyasının miqrantlarla bağlı mövqeyini dəstəkləyib. Halbuki, ötən ilin baharında həmin agentliyin sorğusunda seçicilərin 49 faizi Trampın bu yanaşmasını bəyənmişdi.

Eyni zamanda, SSRS mərkəzi tərəfindən "CNN" üçün keçirilən yeni rəy sorğusunda iştirak edən seçicilərin əksəriyyəti bildirib ki, Gömrük və Miqrasiya İdarəsi əməkdaşlarının sərt rəftarı ABŞ şəhərlərində təhlükəsizliyi daha da azaldıb.

Sizin rəyiniz

You are replying to: .
captcha