Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinin Şəhab Xəbər Agentliyinin verdiyi məlumata görə, Sionist rejim bir daha Qəzza müharibəsinə son qoymaq üçün imzalanmış atəşkəs müqaviləsini pozaraq Qəzzanın müxtəlif ərazilərinə qarşı təcavüzünü davam etdirir. Belə ki, sionistlər dünən gecə Qəzza və Xan Yunis şəhərlərinin şərq ərazilərini bombalayıblar.
Bu səhərdən etibarən sionist ordusunun döyüş təyyarələri və artilleriyası Qəzzanın şərq ərazilərini, xüsusən də Əl-Tuffah ərazisini və Xan Yunisin şərqini hədəfə alıb.
Sionist döyüş təyyarələri həmçinin Qəzza zolağının şimalındakı "Beyt Lahiya" şəhərinə də hava hücumları ediblər.
Yerli mənbələr bildirib ki, sionist qüvvələri Tubas, Ənbata, Bəla, Qaryut və Deyr əl-Qəsun şəhərlərinə zirehli texnika ilə basqın edib.
İşğalçı sionist rejim ordusu Deyr əl-Qəsunda Yəhya Əbu Aişə, Əhməd Əbu Səid və Hadi Bədran adlı üç fələstinli gənci həbs edib, Qaryutda isə Məhəmməd Salah adlı bir gənc evinə hücum etdikdən sonra həbs edilib.
Eyni zamanda, sionist ordusunun xüsusi bölməsi əl-Bireh şəhərindəki Ümm əl-Şərait ərazisinə soxularaq İbrahim əl-Tari adlı bir gənci həbs edib.
Məlumatlarda həmçinin sionist məskunların Ramallahın şimalındakı əl-Tal bölgəsində bir Fələstin vətəndaşına atəş açaraq onu yaraladığı bildirilir. Hebronun cənubunda işğalçı qüvvələr "Dura" şəhərinə hücum edərək fələstinliləri kütləvi şəkildə həbs ediblər.
Sizin rəyiniz