2 noyabr 2025 - 11:33
Fələstinli əsirlərə verilən işgəncələrlə bağlı dəhşətli təfərrüatlar açıqlanıb \ Daxili orqanları çıxarılaraq oğurlanıb

Əl-Fəra əlavə edib: Bəzi cəsədlərin qarın hissəsində qızdırılmış metal çubuqlarla işgəncə izləri müşahidə olunub və bu, onların şəhid edilməzdən əvvəl yandırıldığını sübut edir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Qəzza zolağındakı “Nəsir” xəstəxanasının direktoru Əhməd əl-Fəra bildirib: Fələstinli əsirlərə tətbiq olunan ağır işgəncələr onların cəsədlərinin tanınmasını mümkünsüz edib.

Onun sözlərinə görə, cəsədlərin çoxu parçalanma və ya işgəncə nəticəsində əsas bədən xüsusiyyətlərini itirib, bəzilərinin daxili orqanları çıxarılaraq pambıqla doldurulub. Bu isə şəhidlərin orqanlarının işğalçılar tərəfindən oğurlandığını göstərir.

Əl-Fəra əlavə edib: Bəzi cəsədlərin qarın hissəsində qızdırılmış metal çubuqlarla işgəncə izləri müşahidə olunub və bu, onların şəhid edilməzdən əvvəl yandırıldığını sübut edir.

Sizin rəyiniz

You are replying to: .
captcha