13 oktyabr 2025 - 13:52
Livan İsrail rejimindən BMT Təhlükəsizlik Şurasına şikayət edəcək

Baş nazir Nuvaf Salam, xarici işlər naziri Yusif Rəcidən İsrailin son təcavüzü ilə bağlı dərhal Təhlükəsizlik Şurasına şikayət təqdim etməsini tələb edib.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: Şənbə günü İsrail rejiminin Livanın cənubunda yerləşən al-Məsiləh bölgəsinə hücumundan sonra, ölkənin baş naziri Tel-Əvivə qarşı BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyini açıqlayıb.

IRNA-nın bazar günü Livanın MTV kanalına istinadən verdiyi xəbərə görə, baş nazir Nuvaf Salam, xarici işlər naziri Yusif Rəcidən İsrailin son təcavüzü ilə bağlı dərhal Təhlükəsizlik Şurasına şikayət təqdim etməsini tələb edib.

Baş nazir telefon danışığında, İsrail rejiminin əl-Məsiləh bölgəsindəki ticarət və qeyri-hərbi obyektlərə hücumunu Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin və keçən noyabr ayında bağlanmış düşmənçiliklərin dayandırılması mexanizmlərinin açıq pozuntusu olaraq qiymətləndirib.

Eyni zamanda, dünən Livanın Hizbullah təşkilatı yaydığı bəyanatda bildirib: İsrail rejiminin Livan, vətəndaşlar və milli suverenliyə qarşı artan bu təcavüzü, mənfur rejimin atəşkəs razılaşmasını təmin edən ölkələrin gözləri qarşısında, ərəb dünyasının və beynəlxalq ictimaiyyətin səssizliyi şəraitində, ABŞ-nin tam dəstəyi ilə davam edən cinayətlərinin açıq göstəricisidir ki, bu da düşməni Livana və bölgəyə qarşı təcavüzlərini davam etdirməyə cəsarətləndirir.

Sizin rəyiniz

You are replying to: .
captcha