13 oktyabr 2025 - 11:48
Venesuelanın Tehrandakı səfiri: Həmişə Fələstin xalqının yanında olacağıq

Xose Rafael Silva Aponte: Venesuelalılar öz torpaqlarını müdafiə edən və imperializmə qarşı mübarizə aparan Fələstin xalqının həmişə yanında olacaqlar.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: Venesuelanın Tehrandakı səfiri dedi: Venesuelalılar öz torpaqlarını müdafiə edən və imperializmə qarşı mübarizə aparan Fələstin xalqının həmişə yanında olacaqlar.

Xose Rafael Silva Aponte ABŞ-nin Venesuelaya qarşı təhdidləri qarşısında, bu ölkə hökumətinin hansı tədbirlər görəcəyi barədə verilən suala cavabında bildirdi: lazım olan hər bir addımı — o cümlədən siyasi, diplomatik və müdafiə xarakterli — atmışıq.

O əlavə etdi: Amma hər şeydən əvvəl danışıqlar aparılmalıdır ki, nəticəyə gəlinsin; əgər nəticə əldə olunmazsa, xalq və həmçinin silahlı qüvvələrimiz hazır vəziyyətə olmalıdır. Silahlı qüvvələrimiz xalqla birləşib eyni istiqamətdə addımlayırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha