8 oktyabr 2025 - 17:37
Əraqçi: Mənim Vitkoffla əlaqəm olmayıb

Əraqçi: Mənim Vitkoffla əlaqəm olmayıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri ABŞ nümayəndəsi ilə danışıqlarla bağlı fərziyyələrə cavab olaraq, onunla heç bir əlaqəsinin olmadığını açıqlayıb.

İRNA- xəbər agentliyinin verdiyi məlumata görə, bu gün səhər, oktyabrın 8-də hökumət iclasının çərçivəsində xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə verdiyi açıqlamada Əl-Cəridə Küveyt qəzetinin "o, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla əlaqə saxlayıb" xəbərinə münasibət bildirib: “Mənim onunla heç bir əlaqəm olmayıb”.

Sizin rəyiniz

You are replying to: .
captcha