Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şotlandiyadakı Məscidlər bir neçə islamafobiya hücumlarının və İslam mərkəzlərinə edilən hücumların qarşısının alınmasından sonra təhlükəsizlik tədbirlərini gücləndiriblər. Qlazqoda ölkənin ən böyük məscidi hazırda 24 saat mühafizə altındadır.
Yerli medianın məlumatına görə, Şotlandiya Məscidlər Assosiasiyasının üzvü Ömər Əfzal cəmiyyətdə böyük qorxu və təşviş olduğunu deyib.
O əlavə edib: "Bəzi mərkəzlərdə əvvəllər mühafizəçilər işləyirdi; indi, son bir neçə ayda baş verən hadisələrdən sonra Qlazqo Böyük Məscidi 24 saat mühafizə altına alınıb."
Bundan əlavə olaraq, Nyuton Mearns İslam Mərkəzi bu yaxınlarda bir kişinin küçədə məktəbli qıza hücum etdiyini və müsəlmanları təhdid etdiyini açıqlayıb.
Həmçinin bu ilin avqustunda Şotlandiya məhkəməsi Qrinokda müsəlman mərkəzini yandırmağa cəhd edən 17 yaşlı gənci 10 il həbs cəzasına məhkum edib.
Sizin rəyiniz