Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Prezidenti, Venesuela Prezidenti ilə telefon danışığı zamanı bildirib: İranın təcrübəsi göstərib ki, ABŞ və sionist rejiminin ölkəmizə qarşı hədəflərinin uğursuzluğu, məhz milli birlik və daxili həmrəyliyin nəticəsidir. Bu birlik bizim xalqımıza sonu olmayan bir güc verir və bu birlik qorunduğu müddətcə, heç bir xarici güc ölkələrimizə zərər verə bilməz.
Məsud Pezeşkian və Venesuela prezidenti Nikolas Maduro, 9 sentyabr 2025-ci il tarixində telefonla son regional və beynəlxalq inkişaflar, xüsusilə ABŞ-nin Venesuelaya qarşı təhrikedici addımları və ikitərəfli əlaqələrin genişləndirilməsi mövzusunda müzakirələr aparıblar.
Pezeşkian, Venesuela Prezidentinin ölkədəki milli birliyin gücləndirilməsi ilə bağlı verdiyi hesabatdan məmnunluğunu ifadə edərək deyib: İran İslam Respublikasının təcrübəsi göstərir ki, ABŞ və sionist rejiminin ölkəmizə qarşı hədəflərinin uğursuzluğu, məhz bu milli birlik və daxili həmrəyliyin nəticəsidir. Bu da xalqımıza möhkəm bir güc verib. Bu birlik qorunduğu müddətcə, heç bir xarici güc bizim ölkələrimizə zərər verə bilməz.
İran Prezidenti, Venesuelaya olan dəstəyi bir daha təsdiqləyərək bildirib: İran, hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüzü kəskin şəkildə pisləyir və Venesuelanın ərazi bütövlüyü və xalqını tam dəstəkləyir. Ümid edirik ki, Venesueladakı bu birlik və həmrəylik, ölkənin izzət və inkişaf yolunda qalib gəlməsinə səbəb olacaq.
Sizin rəyiniz