Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livanda yaşayan britaniyalı jurnalist Ceyk Qrin hesab edir ki, ABŞ, Qərbi Asiyada cinayətkar bazasını, faşist İsrail rejimini xilas etmək üçün birbaşa İran İslam Respublikası ilə müharibəyə girdi. Çünki İranın cavabı onların gözlədiklərindən çox-çox güclü idi və ABŞ məcbur oldu ki, bu qanunsuz rejimi xilas etmək üçün işə qarışsın.
16 iyul tarixindən etibarən “Sübh” Media Mərkəzinin təşəbbüsü ilə “Medianın hədəfə alınması terrorunun qınanması” adlı tədbirdə iştirak etmək və həmçinin 12 günlük müharibə zamanı sionist rejimin hücum etdiyi yerləri ziyarət etmək üçün dünyanın müxtəlif ölkələrindən onlarla jurnalist Tehrana gəliblər.
Yaranmış fürsətdən istifadə edən IRNA agentliyi Beyrutda fəaliyyət göstərən ingiltərəli jurnalist Ceyk Qrin ilə xüsusi bir müsahibə aparıb.
Qrin bu müsahibədə bildirib:
“Məlumdur ki, İsrail öz hədəflərinə çata bilmədi. Məncə onların əsas məqsədi sonda İran hakimiyyətini devirmək məqsədilə mülki əhali arasında parçalanma yaratmaq idi. Amma əslində tam tərsi baş verdi. Mənə elə gəlir ki, bu təcavüzə qarşı İran xalqı daha da birləşdi və həmrəyliyi gücləndi. Bu baxımdan, mən düşünürəm ki, İsrail nəticə etibarilə heç bir hədəfinə nail ola bilmədi.”
Sizin rəyiniz