28 iyul 2025 - 13:18
Source: IRNA
Əli Əkbər Vilayəti Şeyx Səfiəddin Ərdəbiliyə ithaf edilən anım mərasiminə müraciətində əliyevlər rejiminin hiyləsini ifşa etdi

Dk. Vilayəti: Bu gün də, keçmişdə olduğu kimi, düşmənlər “Zəngəzur dəhlizi” kimi iqtisadi inkişaf maskası altında İranın ərazi bütövlüyünü zəiflətmək istəyirlər. Amma biz tariximizin şərəfli səhifələrindən və Şeyx Səfiəddinin yolu vəsitəsilə İranın parçalanmasına yönələn hər cür hiylənin qarşısında möhkəm dayanacağıq. Necə ki, bu böyük arif öz dövründə təfriqəyə qarşı çıxdı, bu gün də İran xalqı öz birliyi ilə düşmənlərin planlarını pozacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İyulun 26-sı İranda Səfəvilər sülaləsinin qurulmasının ildönümü kimi qeyd edilir və bu münasibətlə İran İslam İnqilabının Ali Rəhbərinin müşaviri doktor Əli Əkbər Vilayəti Şeyx Səfiəddin Ərdəbiliyə həsr olunmuş anım mərasiminə mesaj göndərib.

Vilayəti müraciətində qeyd edir:

Bismillahir-Rəhmanir-Rəhim

Azərbaycan və Ərdəbilin qəhrəman və ziyalı xalqına salam və hörmətlə, Şeyx Səfiəddin Ərdəbili kimi İran və Şiə tarixinin bənzərsiz şəxsiyyətinin uca məqamını yad edən bütün dəyərli insanlara təşəkkür edirəm.

Hörmətli iştirakçılar, qonaqlar, alimlər və ziyalılar,

İran xalqı tarix boyu, xüsusilə müasir dövrdə, sionist rejim və ABŞ-nin təcavüzlərinə qarşı misilsiz həmrəylik və birlik nümayiş etdirib. Bu birliyin kökü zəngin İran mədəniyyətinə söykənir və daim dünya müsəlmanlarına ilham verib.

İran mədəniyyətinin iki üstün xüsusiyyəti var: 1- Müxtəlif qövmlər arasında daxili vəhdət 2- Qədim əyyamdan tarix boyu bir-birinə bağlılıq, hansılar ki, İran xalçalarının toxuması kimi qədim sivilizasiyamızı birləşdirir.

İran kimliyi tövhid əsasında qurulub. Qədimdən bu ərazid iranlılar həmişə tövhid dinlərinin davamçıları olublar. Böyük tarixçilər, məsələn Şəhristani və Məsudi qeyd edirlər ki, hətta qədim İran hökmdarları İbrahim (ə) ilə əlaqələndirilir. İslam gəldikdə - iranlılar, əvvəllər tövhid dini olan Zərdüştlüyə mənsub idilər - bu İlahi dini böyük sevgi ilə qəbul etdilər. Maraqlıdır ki, tarixi rəvayətlərə görə, Zərdüşt özü də Azərbaycan mənşəlidir.

Tarix boyu iranlılar həmişə zülmə qarşı mübarizədə öncül olublar. Əbu Müslim Xorasaninin Bəni-Üməyyəyə qarşı üsyanından tutmuş Xacə Nəsirəddin Tusinin monqol dövründə səylərinə və Səfəvilərdən öncəki Şiə hərəkatlarına qədər hamısı bu xalqın ədalət ruhunun təzahürüdür. Amma bu yolun dönüş nöqtəsi Səfəvi dövlətinin yaranması oldu ki, Şah İsmayılın təşəbbüsü ilə və Şeyx Səfiəddin Ərdəbilinin təlimləri ilə formalaşdı.

Şeyx Səfiəddin Ərdəbili, bu böyük arif və fəzilətli fiqh alimi, nəsli İmam Musa Kazıma (əleyhi səlam) gedib çıxan bir şəxsiyyət, yalnız Səfəvilər sülaləsinin qurucusu deyil, həm də irfan, Şiəlik və milli qüruru birləşdirərək əsrlər boyu parçalanmış İranı vəhdətə gətirdi. O, bugünkü İran mədəniyyətində hələ də yaşanan institutları yaratdı.

Bu gün də, keçmişdə olduğu kimi, düşmənlər “Zəngəzur dəhlizi” kimi iqtisadi inkişaf maskası altında İranın ərazi bütövlüyünü zəiflətmək istəyirlər. Amma biz tariximizin şərəfli səhifələrindən və Şeyx Səfiəddinin yolu vəsitəsilə İranın parçalanmasına yönələn hər cür hiylənin qarşısında möhkəm dayanacağıq. Necə ki, bu böyük arif öz dövründə təfriqəyə qarşı çıxdı, bu gün də İran xalqı öz birliyi ilə düşmənlərin planlarını pozacaq.

Ruhu şad olsun, yolu davamlı.

Əli Əkbər Vilayəti

Sizin rəyiniz

You are replying to: .
captcha