28 iyul 2025 - 12:20
SEPAH Koordinatorunun müavini: Əgər xalqlar İmam Zamanın (ə) naibi Ayətullah Xameneiyə itaət etsələr, Zühura vəsilə olarlar

İslam İnqilabı Keşikçiləri Korpusu koordinatorunun müavini Briqarda Generalı Əli Fəzli: “Bu gün daxili və xarici fitnələrə qarşı durmağın yeganə yolu rəhbərliyə, Vəliyyi Fəqihə tabe olmaq və ölkənin mədəni, sosial və təhlükəsizlik sahələrində fəal olmaqdır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əli Fəzli bazar günü Məşhəddə Astan Qüds Rəzəvinin işçiləri arasında 12 günlük müharibədəki İqtidar şəhidlərin, Mirsad və Ərbəin əməliyyatlarının anım mərasimində çıxış edərək deyib: “İmam (Xomeyni (rizvanullah əleyh)) əmrini verən kimi cəbhədən yeni qayıdan döyüşçülər nümunəvi iman və qeyrətlə meydanlara qayıdıb düşmənin yeni hücumuna qarşı müqavimət göstərdilər.”

O, əlavə edərək bildirib: “Bu gün xalqlar zamanın imamının naibinə (əc) itaət etsələr, şübhəsiz ki, İmam Zaman həzrətlərinin zühur etməsinə vəsilə olarlar.

İRNA-nın məlumatına görə, O, Mersad əməliyyatının ildönümünə və 1988-ci ildə münafiqlərlə qarşıdurmaya toxunaraq bunları deyib: “Böyük Xorasan həm müqəddəs müdafiə zamanı, həm də Mirsad əməliyyatı ilə qarşıdurmada əvəzsiz rol oynayıb və bu bölgənin döyüşçülərinin döyüş meydanlarında görkəmli iştirakı İran xalqının mübarizələrinin qeydinə qızıl vərəq kimi düşüb.”

İslam İnqilabı Keşikçiləri Korpusunun koordinator müavini davam edib: “İmam əmr verən kimi cəbhədən qayıdan döyüşçülər nümunəvi iman və qeyrətlə meydanlara qayıdıb düşmənin yeni hücumuna qarşı durdular.”

O əlavə edib: “Həmin ruhiyyə düşmənin bir qarış İran torpağını belə işğal edə bilməsin mane oldu və Mirsad əməliyyatında ağır məğlubiyyətə uğradı.”

Sərdar Fəzli deyib: “Bu əməliyyatda MKO (İrandan xaricə qaçmış “mücahidin xəlq” adlı komunist əqidəli tudə partiyasından ibarət terror qruplaşması. İranda bu terror qruplaşmasına Xalq Münafiqləri deyilir.) qüvvələrinin 2400-dən çox üzvü məhv edilib və onlarla ağır döyüş maşınları və zirehli texnikaları yerlə-yeksan edilib.”

General Fəzli daha sonra vurğulayıb: “Bu gün daxili və xarici fitnələrə qarşı durmağın yeganə yolu rəhbərliyə, Vəliyyi Fəqihə tabe olmaq və ölkənin mədəni, sosial və təhlükəsizlik sahələrində fəal olmaqdır.

O, Ərbəin yürüşü ilə bağlı da deyib: “Bu möhtəşəm yürüş İslam Ümmətinin Əhli-Beytə (əleyhimus səlam) olan eşq və vilayətin oxu ətrafında yaranan birliyinin unikal nümayişidir.

Xatırladaq ki, İranın Mirsad əməliyyatı 28 avqust 1988-ci ildə İraqdan MKO-Xalq münafiqlərinin hücumuna cavab olaraq İran qırıcıları və silahlı qüvvələri tərəfindən həyata keçirilib. MKO, İraqın Baas rejiminin dəstəyi ilə İranın qərbinə doğru irəliləmiş, lakin ölkəmizin silahlı qüvvələrinin sürətli və qətiyyətli əməliyyatı nəticəsində məğlub olaraq ağır zərbələr almışdır.

Sizin rəyiniz

You are replying to: .
captcha