20 iyul 2025 - 14:12
Ərbəin (ə) Mərkəzi Qərargahı elan edib; Ərbəin ziyarətinə gediş 2025-ci il Avqustun 04-dən başlayacaq və 17-də sona yetəcək.

İmam Hüseynin (əleyhi səlam) Ərbəin Mərkəzi Qərargahı bir nömrəli elanı yayaraq bildirib ki, 2025-ci ilin avqustun 04-dən etibarən Ərbəin zəvvarlarının İraqa göndərilməsi başlayacaq və avqustun 17-ə kimi nəzərdə tutulmuş inzibati əməliyyatlar davam edəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İmam Hüseynin (əleyhi səlam) Ərbəin Mərkəzi Qərargahı bir nömrəli elanı yayaraq bildirib ki, 2025-ci ilin avqustun 04-dən etibarən Ərbəin zəvvarlarının İraqa göndərilməsi başlayacaq və avqustun 17-ə kimi nəzərdə tutulmuş inzibati əməliyyatlar davam edəcək.

Ərbəin Mərkəzi Qərargahının Hicri Şəmsi təqvimi ilə 1404-cü (2025) il üçün verdiyi bir nömrəli elanının mətni:

"İnna Əli Əl-Əhəd"

Uca Allahın Adı ilə

Əziz xalqımıza, Əhli-Beyt (əleyhimus-salam) aşiqlərinə və İmam Hüseynin (əleyhi səlam) Ərbəin ziyarəti üçün müraciət edənlərin hər bir şəxsə bildiririk:

1- 1404-cü ildə Ərbəinin Mərkəzi Qərargahı öz tədbirlərini beş əsas məqsədlə planlaşdırmışdır:

Təhlükəsizlik

Rahatlıq

Sağlamlıq

Mənəviyyat

Şərəf

Hörmətli Ərbəin zəvvarları üçün elan edilmiş cədvələ əsasən və əməliyyat zamanı məqsədlərimizə nail olmaqdan ötrü “İnnə Aləl-Ahd” şüarı ilə başlayırıq. Buna görə də Ərbəin ziyarətinə getmək üçün müracət edən əzizlərdən hər birindən Ərbəinin Mərkəzi Qərargahının tövsiyələrinə diqqət yetirmələrini xahiş edirik.

2- Ərbəin Mərkəzi Qərargahının icra əməliyyatları cədvəli:

İranlı zəvvarların 1404 H.Şəmsi ilinin mənəvi Ərbəin mərasimində iştirak etmələri üçün www.samah.haj.ir elektron ünvanı ilə “Səmah” sistemində qeydiyyatının başlanması “27/4/1404” tarixində elan ediləcək.

Ərbəin 1404 sığorta təminatı İranın Moallem Sığorta Şirkəti tərəfindən təmin edilir və Səfər ayının birinci günündən otuzuncu gününə qədər etibarlıdır.

Ərbəin Mərkəzi Qərargahının xidmətləri məhdud şəkildə cari H.Qəməri ilinin Səfər ayının beşindən etibarən başlayacaqdır.

Ərbəin Mərkəzi Qərargahı tərəfindən zəvvarların göndərilməsinin idarəçiliyinin icraedici əməliyyatlarının rəsmi başlanğıcı və sonu Səfər ayının 10-dan 23-cü gününə qədər (13 Mordaddan 26 Mordad) elan ediləcək.

3- Ərbəin səfəri xarici səfər hesab olunduğu üçün sərhəddə tətbiq olunan birsıra gediş-gəliş hərəkəti qaydalarına riayət etməyi tələb edir. Buna görə də ərizəçilər İraqa səfər etmək və bu beynəlxalq mərasimdə iştirak etmək üçün iki ölkənin qanunlarına uyğun səfər etməlidirlər.

4-Əziz həmvətənlərimizin və Əhli-Beyt (əleyhimus-səlam) aşiqlərinin rifahı məqsədi ilə İraq rəsmiləri ilə bağlanmış razılaşmalara uyğun olaraq İranlı zəvvarlar İmam Hüseynin (əleyhis salam) Ərbəin mərasimində (ən azı 6 ay etibarlı olan) yalnız beynəlxalq pasport və ya ziyarət pasportu ilə iştirak edə bilərlər.

5- Ərbəin zəvvarları üçün müvafiq rifah xidmətlərinin göstərilməsi, o cümlədən (İranlı zəvvarları üçün) Ərbəin ziyarət valyutasının alınması, nəqliyyat, sığorta və s. Səmah sistemində qeydiyyatdan keçməyi tələb etdiyindən, zəvvarlar və müraciət edənlər mütləq Samah sistemində qeydiyyata alınmalıdırlar.

6- Ərbəin Mərkəzi Qərargahı vurğulayır ki, Ərbəin mərasimində iştirak etmək üçün bütün müraciət edənlər Samah sistemində olan tövsiyələrə diqqət yetirməlidirlər.

7- Samah sistemində qeydiyyat sığorta haqqı ödənilməklə tamamlanır və təsdiq (izləmə kodu), sığorta polisi və zəvvarın şəxsiyyət vəsiqəsi alındıqdan sonra qeydiyyatdan keçən şəxs elan edilən səyahət tarixində tələb olunan xidmətlərdən yararlana bilər.

Sizin rəyiniz

You are replying to: .
captcha