İran İslam Respublikasının Milli Əczaçılıq Siyahının Baxılması və İnkişafı üzrə İşçi Qrupun katibəsi Nazilə Yusefi təsdiq edib ki, Qida və Dərman Administrasiyasında 12 günlük müharibənin dayandırılmasından sonrakı ilk gündə qrupun 523-cü iclasında səkkiz yeni əczaçılıq molekulunun ölkənin rəsmi dərman siyahısına daxil edilməsi təsdiqlənib.
Ddaxil olan dərmanlar arasında nüvə radiasiyasının təsirləri ilə mübarizə üçün nəzərdə tutulmuş üç dərman, xərçəng müalicəsi üçün iki, dağınıq skleroz üçün bir, nadir metabolik xəstəlik üçün, piylənmə və s. xəstliklərin müalicəsi üçün dərmanlar vardır.
Qurum rəsmisi vurğulayıb ki, bu dərmanlar beynəlxalq təsdiqlərə malikdir.
Sizin rəyiniz