12 iyun 2025 - 14:06
Yəhya Səri ivrit dilində sionist faşist rejiminə xəbərdarlıq etdi

Yəmən silahlı qüvvələrinin sözçüsü Qəzza zolağında təcavüzün miqyasının genişləndirilməsi ilə bağlı sionist rejimi ivrit dilində təhdid edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri X sosial şəbəkəsində ivrit və ingiliscə bir kəlmə ilə “Gözləyin” yazaraq faşist sionist rejimini təhdid edib.

Raket təsviri ilə müşayiət olunan bu təhdiddə əlavə təfərrüat verilməyib.

Bundan əvvəl adının çəkilməsini istəməyən Yəmən Ənsarullah rəsmisi Amerikanın həftəlik Newsweek jurnalına verdiyi müsahibədə demişdi: “Biz daim hazır vəziyyətdəyik və sionist rejimə qarşı əməliyyatları artırmağa çalışırıq.”

Mənbə vurğulamışdır: “Biz ABŞ-ın bizə qarşı hər hansı mümkün hərəkətinə ən yüksək səviyyədə hazırıq”.

O, həmçinin xəbərdarlıq edib ki, İrana qarşı hər hansı gərginliyin artması “çox təhlükəlidir” və regionu hərtərəfli müharibənin astanasına gətirə bilər.

Ənsarullah rəsmisi Vaşinqtona da xəbərdarlıq edərək deyib: “Sionist rejimə xidmət etmək üçün yeni müharibəyə qoşulmaq heç bir halda Amerika xalqının xeyrinə deyil.”

Sizin rəyiniz

You are replying to: .
captcha