Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Əl-Cəzirə”nin məlumatına görə, Amerikanın “The Wall Street Journal” qəzeti mayın əvvəlində tərəflər arasında atəşkəsdən əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri ilə Ənsar Allah hərəkatı arasında baş verən şiddətli toqquşmalar haqqında ətraflı məlumat dərc edib.
Hesabatda qeyd edilir ki, Amerika rəsmiləri indi problemli düşmənin dünyanın ən yaxşı dəniz donanması olan USS Harry Truman təyyarədaşıyan gəmisinə necə meydan oxuya bildiyini müəyyən etmək üçün münaqişəni təhlil edir.
Wall Street Journal-ın iki müxbiri tərəfindən hazırlanan hesabatda, keçən ay Amerikanın F-18 Super Hornet döyüş təyyarəsinin Qırmızı dənizdəki Truman təyyarədaşıyıcı gəmisinə enməyə çalışdığı, lakin onun yavaşlama sisteminin uğursuz olduğu və 67 milyon dollar dəyərində olan döyüş təyyarəsinin daşıyıcının uçuş-enmə zolağından sürüşərək dənizə düşdüyü bildirilir.
Bu, beş aydan az müddətdə Trumanda vurulmuş üçüncü Amerika döyüş təyyarəsi idi. Hadisə ABŞ prezidenti Donald Trampın yəmənlilərlə atəşkəs elan etməsindən bir neçə saat sonra baş verib və Pentaqon rəsmilərini təəccübləndirib.
Yəmən dünyanın ən güclü donanmasına meydan oxuyur
Yəmənlilər ABŞ üçün təəccüblü dərəcədə nəhəng bir rəqib olub, ABŞ Hərbi Dəniz Qüvvələri İkinci Dünya Müharibəsindən bəri gördüyü ən şiddətli döyüşlərdə iştirak edir; və buna baxmayaraq, yəmənlilər isə ən sadə şərait və ilkin imkanlardan belə məhrumdurlar və eyni zamanda dünyanın ən kasıb ölkələrindən birində yaşayırlar.
2023-cü ilin sonundan etibarən 30-a yaxın gəmi Qırmızı dənizdə döyüş əməliyyatlarında iştirak edir ki, bu da ABŞ Hərbi Dəniz Qüvvələrinin ümumi aktiv donanmasının 10 faizini təşkil edir. ABŞ rəsmisinin sözlərinə görə, ABŞ bu müddət ərzində Yəməni bombalamaq üçün 1,5 milyard dollarlıq sursatdan istifadə edib. Bu rəsmi açıqlamadır, qeyri-rəsmi məlumatlara görə isə ABŞ-ın bu münaqişədə sərf etdiyi sürsatların dəyəri 3 milyarada yaxındır. Bütün bunlara baxmayaraq Birləşmiş Ştatlar Qırmızı dənizdə naviqasiyanı bərpa etmək kimi strateji məqsədinə nail ola bilməyib, yəmənlilər isə Fələstin torpaqlarını işğal etmiş mühacir yəhudillərin İsrail adlı qondarma rejiminə müntəzəm olaraq raket zərbələri endirməkdə davam edir.
ABŞ hərbi komandirləri və konqres rəsmiləri Yəməndəki fəaliyyətlərin ABŞ qüvvələrinin ümumi hazırlığını sarsıtmasından narahat olaraq Yəməndəki münaqişədən dərs almaq üçün faktaraşdırıcı missiyaya başlayıblar. Pentaqon həmçinin ABŞ qırıcılarının vurulması və USS Truman təyyarədaşıyan gəmisinin Qırmızı dənizdə ayrıca toqquşması ilə bağlı araşdırmalar aparır və nəticələri yaxın aylarda məlum olacaq.
Xatırladaq ki, Qəzzada müharibə başlayandan bəri yəmənlilər Qırmızı dənizdən keçən İsrail gəmilərinə hücum etməyə başlayıb, Yəmən raketləri və pilotsuz təyyarələri isə işğal altındakı Fələstinə zərbələr endirməkdə davam edir.
Yəmənlilər 19 oktyabr 2023-cü ildə Qırmızı dənizdə 10 saatlıq döyüşdə USS Carney gəmisinə ilk raket və dron hücumlarını həyata keçirərək gəminin dənizçilərini təəccübləndirdilər.
2023-cü il oktyabrın 19-da yəmənlilərlə amerikalılar arasında baş verən döyüş, təxminən bir əsrin ən şiddətli döyüşü kimi təsvir edilib ki, bu döyüşdə yəmənlilər ondan çox pilotsuz təyyarə və dörd qanadlı raketi vurublar.
Yəmənlilər hücumlarını gücləndirməklə hədələdikdə, ABŞ hərbi rəsmiləri Qırmızı dənizdəki logistik problemlərinin həllini tez bir zamanda axtarmağa başladılar və nəhayət, Qırmızı dənizdə bir liman tapdılar. Bir ABŞ rəsmisi bu limanı oyunu dəyişdirən liman kimi təsvir etdi, çünki bu liman, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə əməliyyatlar məkanlarından ayrılmadan yenidən təchizat verməyə imkan verirdi.
Lakin Yəmən əməliyyatlarının sürəti ABŞ Hərbi Dəniz Qüvvələrinə ciddi təsir göstərdi; Çünkin daim Yəmən Silahlı Qüvvələrinin atəşi altında qalan USS Dwight Eisenhower yeddi aylıq münaqişə zamanı Qırmızı dənizə yalnız bir qısa səfər edə bildi.
Sizin rəyiniz