8 iyun 2025 - 22:17
Əbu Ubeydə: İsrail ya müharibəni dayandırmalıdır ya da hərbiçiləri üçün daha çox tabut arasında seçim etməlidir

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı olan Əl-Qəssam Briqadalarının sözçüsü faşist yəhudi işğalçılarının sakinlərinə xəbərdarlıq edərək deyib: İsraillilərin yalnız iki yolu var: ya liderlərini müharibəni dayandırmağa məcbur etmək, ya da daha çox tabutun qaytarılmasına hazır olmalıdırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı olan Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə faşist yəhudi işğalçılarının sakinlərinə xəbərdarlıq edərək deyib: İsraillilərin yalnız iki yolu var: Ya liderlərini müharibəni dayandırmağa məcbur etməli, ya da daha çox tabutun qaytarılmasına hazırl olmalıdırlar.

Əbu Ubeydə vurğulayıb: Döyüşçülərimiz peyğəmbərlərin varisləridir və Davudun daşları ilə Gideonun döyüş arabalarına atəş açıb işğalçının heybətini darmadağın edəcəklər.

O, kəskinliklə vurğulayıb: Sionist düşmənin bu gün Xan Yunis və Cəbəliyyədə verdiyi itkilər bizim silsilə xüsusi əməliyyatlarımızın bir hissəsidir.

Əbu Ubeydə əlavə edib: Bu gün Xan Yunis və Cəbəliyyədə baş verənlər işğalçının hər yerdə nə ilə üzləşəcəyinə bir nümunədir.

Fələstin müqavimət rəsmisinin bu sözləri Xan Yunis şəhərinin şərqində uğurla həyata keçirilən anti-sionist əməliyyatından sonra və bir neçə sionist əsgərin gəbərdilməsinin ardınca yayımlanıb.

Qeyd edə ki, faşist İsrail rejim ordusu Xan Yunis şəhərinin şərqində yerləşən Bəni Süheylə məhəlləsində bombalanmış binanın partlaması nəticəsində 4 sionist əsgərin həlak olduğunu, daha 5 əsgərin isə yaralandığını rəsmən açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha