8 iyun 2025 - 22:37
Yəmən faşist İsrail rejiminin Ben Qurion beynəlxalq aeroportuna raketlə vurdu

Sionist rejimin bu xəbərləri, Yəmən ordusunun qüvvələrinin son əməliyyatlarında işğalçı İsrail rejiminin mərkəzində yerləşən Ben Qurion hava limanını hədəf aldıqlarını açıqladığı bir vaxtda verilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist sionist rejim mənbələri Yəməndən işğalçı İsrail  rejim ərazilərinə raket atışlarının müşahidə edildiyini bildiriblər.

Faşist yəhudi rejiminin ibrani dilli mediası bu barədə yazıb: Yəməndən İsrailin mərkəzinə və daxili düzənliyə doğru raket atılıb.

Sionist rejimin bu xəbərləri, Yəmən ordusunun qüvvələrinin son əməliyyatlarında işğalçı İsrail rejiminin mərkəzində yerləşən Ben Qurion hava limanını hədəf aldıqlarını açıqladığı bir vaxtda verilib.

Bu barədə Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri məlumat verib.

O, bildirib: Yəmən Ordusu sionist rejimin Qəzzada törətməkdə olduğu cinayətlərinə və Beyrutun cənub ətrafında həyata keçirdiyi hərbi təcavüzünə cavab olaraq Təl-Əvivin Ben Qurion hava limanını hədəf aldı.

Xatırladaq ki, Yəmən Silahlı Qüvvələri bundan əvvəl Qəzzaya qarşı təcavüzün davam etdirilməsinin nəticələri barədə xəbərdarlıq etmiş və arzu olunan məqsədlərə çatana qədər hərbi əməliyyatları davam etdirmək, Ben Qurion hava limanını tamamilə mühasirəyə almaq və bu yolda öz imkanlarını artırmaq əzmində olduqlarını vurğulamışdılar.

Sizin rəyiniz

You are replying to: .
captcha