8 iyun 2025 - 21:52
İtaliyanın sabiq məşqçisi: Qəzzəli uşaqları öldürməyin \ VİDEO

İtaliyanın sabiq baş məşqçisi Roberto Mançini faşist İsrail rejiminin cinayətlərini pisləyib və Qəzza xalqına dəstək verib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İtaliya və “Mançester Siti”nin keçmiş baş məşqçisi Roberto Mançini video müraciətində deyib: “Ümid edirəm ki, Qəzzada müharibə tezliklə bitəcək.”

Mançini, yardımların Qəzzaya mümkün qədər tez çatacağına və müharibənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.

Siz münaqişə ilə heç bir əlaqəsi olmayan mülki şəxsləri, ailələri və uşaqları hədəf almağa davam edə bilməzsiniz.”-deyə Roberto Mançini vurğulayıb.

Keçmiş İtaliya baş məşqçisi deyib ki, heç bir bəraət bu cinayəti məqbul edə bilməz. Müharibə heç vaxt həll yolu deyil. Müharibələr heç vaxt həll yolu ola bilməz. Zamanla günahsız insanlar ən ağır bədəli ödəyirlər.

Sizin rəyiniz

You are replying to: .
captcha