8 iyun 2025 - 20:52
Fələstin Müqavimətinin Cəbəlidə ölümcül Pusu; 3 faşist İsrail əsgəri gəbərdi və onlarla yaralandı

Fələstin müqavimət qüvvələrinin Qəzza zolağının şimalında Faşist İsrail rejiminin hərbi texnikasına hücumu nəticəsində üç sionist işğalçı gəbərdildi və onlarla yəhudi əsgəri yaralandı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin Müqavimət Qüvvələri, Qəzza zolağının şimalındakı Cəbəliya bölgəsində, faşist İsrail rejiminin Hummer hərbi maşınına hücum edərək, 3 yəhudi əsgərini gəbərdərək, 11 sionisti yaralayıblar, onlardan ikisinin vəziyyətinin ölümcül olduğu bildirilir.

Məlumatlara görə, hücum “mürəkkəb və çətin pusqu” çərçivəsində həyata keçirilib və ölənlər faşist İsrail rejim ordusunun 9-cu briqadasındandır.

Həmçinin bildirilib ki, bu bölgədə döyüşlər davam edir və uşaq qatili yəhudi rejim ordusu 3 hərbi helikopter göndərərək qüvvələrini təxliyyə etməyə çalışır, lakin müqavimət qüvvələrinin atəşinin çox olması səbəbindən təxliyyə əməliyyatı uğursuzluqla nəticələnib və helikopterlərdən biri də atəşə tutulub.

Bu arada Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) döyüşçülərinin Cəbəliyə düşərgəsinin şərqində yaxın məsafədə işğalçı İsrail qüvvələri ilə şiddətli döyüşlər apardığını və düşmənə ağır itkilər verdiklərini açıqlayıb. HƏMAS döyüşlərin davam etdiyini vurğulayıb.

Hərəkat “İsrail ordusunun Qəzzada davam edən cinayətləri”n istinad edərək deyib: “İşğalçı rejim ABŞ-ın siyasi və hərbi dəstəyi ilə beynəlxalq qanunları və müqavilələri açıq-aşkar pozmaqda davam edir.”

Həmas həmçinin qeyd edib ki, sionist rejim Qəzza zolağında xəstəxana və tibb mərkəzləri də daxil olmaqla həyatın bütün sahələrini hədəfə alır və on minlərlə xəstə, o cümlədən qadınlar, uşaqlar və qocalar tibbi xidmətlərdən məhrumdur.

Bu hadisə Qəzza zolağında döyüşlərin daha gərgin mərhələyə daxil olması və son günlər qaniçən faşist İsrail qüvvələrinin itkilərinin artdığı bir vaxta təsadüf edir.

Sizin rəyiniz

You are replying to: .
captcha