Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xəbər mənbələri uşaq qatili İsrail rejim ordusunun Suriyanın cənubuna hücumu və sionist rejimin hərbi qüvvələrinin Quneytra vilayətində irəliləyişindən xəbər verir.
Əl-Məyadin Şəbəkəsi işğalçı İsrail ordusunun qüvvələrinin Suriyanın cənubundakı Quneytra əyalətinin kənarındakı iki “Cəba” və “Xan Ərnəbeh” qəsəbələri arasında irəlilədiyini açıqlayıb.
ABŞ və İngiltərənin sifarişi ilə Türkiyənin ərsəyə gətizdirdiyi vəhhabi Colani rejiminə bağlı qüvvələr isə faşist İsrail rejiminin bu hücumlarına qarşı heç bir əksüləməl və reaksiya göstərməyiblər.
Qeyd edək ki, Bəşər Əsəd hökumətinin devrilməsindən sonra hakimiyyəti silah gücü ilə ələ keçirən Qolani terror rejimi Suriyada mötədil sünniləri, Ələviləri və Şiələri təqiblərə məruz qoyaraq onlara qarşı hərbi əməliyyatları həyata keçirirlər. Və bununla da İsrail faşist rejiminə Suriyanın cənub və qərb bölgələrini işğal etməyə imkan yaradırlar. Bundan öncə də Colani vəhhabi rejimi dəfələrlə ABŞ, qərb ölkələri və sionist rejim qarşısında çıxış edərək heç bir şəraitdə və heç bir vəchlə İsrailə qarşı döyüşməyəcəyini vurğulayıb.
Sizin rəyiniz