Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Malayziyanın baş naziri Ənvər İbrahim Qəzzada baş verənləri hər kəsin vicdanı üçün sınaq hesab edib.
O vurğulayıb: “Beynəlxalq dairələrin acizliyi tələb edir ki, Qəzzada kütləvi soyqırımı pisləməklə yanaşı, bu cinayətə qarşı daha çox iş görülməlidir.”
Bu münasibətlə minlərlə Mərakeş vətəndaşı ölkənin müxtəlif şəhərlərində keçirilən genişmiqyaslı nümayişlərdə iştirak edərək, Fələstin xüsusi ilə də Qəzzə xalqına qarşı soyqırım müharibəsini davam etdirən planın tərkib hissəsi olan sionist rejimin Qəzzə zolağı sakinlərini zorla köçürmək planına qəti etirazlarını bildiriblər.
Əllərində Fələstin bayraqları və Fələstin müqavimətinə dəstək verən plakatlar tutan etirazçılar müharibənin dərhal dayandırılmasını və işğalçı rejimin cinayətlərinə son qoyulmasını istəyiblər.
Sizin rəyiniz