31 may 2025 - 18:45
Uşaq qatili Netanyahunun MAQATE-nin İranla bağlı yeni qərəzli hesabatına reaksiyası

Faşist İsrail rejimin baş nazirinin ofisi MAQATE-nin İrana qarşı iddia edilən hesabatına çox cəld reaksiya verib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Uşaq qatili İsrail faşist rejimin baş naziri cinayətkar Benyamin Netanyahunun ofisi MAQATE-nin hesabatına və agentliyin irəli sürdüyü “açıqlamaya” reaksiya verib.

Faşist Netanyahunun ofisi iddia edib: “MAQATE-nin hesabatı göstərir ki, İranın nüvə proqramının məqsədi dinc deyil və Beynəlxalq ictimaiyyət İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərəkətə keçməlidir.”

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Associated Press-in gördüyü məxfi hesabatında İranın zənginləşdirilmiş uran ehtiyatlarını “silah səviyyəsində” toplaması ilə bağlı iddiaları təkrarlayıb və Tehranı agentliklə tam və effektiv əməkdaşlığa çağırıb.

Hesabat kritik bir məqamda, Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar ərəfəsində dərc edilib.

Hesabatda iddia edilir ki, İran mayın 17-nə kimi 408,6 kiloqram 60 faiz zənginləşdirilmiş uranı zənginləşdirib ki, bu da agentliyin fevraldakı son hesabatından bu yana 133,8 kiloqram artım deməkdir.

Hesabatın başqa bir hissəsində belə iddia edilir: “Bu miqdarda uran, silah atom silahı səviyyəsindən (90 faiz zənginləşdirilmiş urandan) fasilə olan “texniki qısa addımdır”. Agentliyin fevral hesabatında İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatının 274,8 kiloqram olduğu bildirilir.

MAQATE-nin baş direktoru Rafael Qrossi Tehrana qarşı ittihamları təkrarlayaraq, İranın “bu səviyyədə zənginləşdirmə aparan yeganə qeyri-nüvə dövləti” olduğunu iddia edib.

İran İslam Respublikası dəfələrlə vurğulayıb ki, uranın zənginləşdirilməsi Tehranın dinc nüvə hüquqları çərçivəsində və mülki məqsədlər üçün sənaye və tibbi ehtiyaclara uyğun olaraq həyata keçirilir.

Sizin rəyiniz

You are replying to: .
captcha