30 may 2025 - 10:46
Kreml Ukraynaya göndərilən uzaqmənzilli silahlar ilə bağlı Avropaya xəbərdarlıq edib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya prezident aparatının sözçüsü Avropaya Ukraynaya göndərilən silahların çeşidinə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı bir daha xəbərdarlıq edərək bildirib: Avropanın fantaziyasıdır ki, Moskvaya təzyiq etməklə nəyəsə nail ola bilər.

Bu barədə çərşənbə axşamı Rusiya prezident aparatının (Kreml Sarayı) mətbuat katibi Dmitri Peskov məlumat verib.

Avropa sülh yolu ilə getmir, Rusiyaya təzyiq etməklə nəyəsə nail ola biləcəklərini xəyal edirlər. Əgər avropalılar Ukrayna üçün uzaqmənzilli silahlara qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlsələr, bu, gərginliyin artması olacaq.

Rusiya Prezident Aparatının sözçüsü daha sonra əlavə edib: Putinin Rusiyada olan Şimali Koreyanın təhlükəsizlik naziri ilə görüşmək niyyəti yoxdur.

Qeyd edək ki, bundan öncə Kreml sözçüsü Kiyevi dəstəkləyən Avropa ölkələrinə xəbərdarlıq edərək bildirmişdir: Ukraynanın uzaqmənzilli hərbi imkanlara çıxışına səbəb olacaq istənilən qərar son dərəcə təhlükəli olardı.

Peskovun açıqlamaları Almaniya kansleri Fridrix Mertsin Ukraynaya silah embarqosunun ləğvi barədə danışmasından sonra olub.

Sizin rəyiniz

You are replying to: .
captcha