ABNA24 Xəbər Verir, bu məlumatı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Quru Qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) qərargahının ictimai əlaqələr bölməsi verib.
Məlumatda deyilir: İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) qərargahı döyüşçülərinin mürəkkəb əməliyyat tədbirləri, kəşfiyyat məlumatlılığı və sayıqlığı ilə İranın Qərbi Azərbaycan vilayətində terror hərəkətləri törətmək niyyətində olan dünya imperializminin muzdurlarından və əks-inqilabçı ünsürlərdən ibarət üçnəfərlik bir dəstə yaxalanıb.
Bu əməliyyatda Həmzeye Seyyedoşşohəda(ə) qərargahı döyüşçüləri tərəfindən terrorçulardan nəzərəçarpacaq miqdarda silah, sursat və rabitə avadanlıqları aşkar edilərək, müsadirə olunubdur.
342/