29 may 2016 - 10:45
İmam Əli Rəhmanov: İraq və Suriyada 300 tacikistanlı terrorçu öldürülüb

İmam Əli Rəhmanov daha sonra deyib: “Öldürülmüş terrorçulardan 36 nəfəri təkfirçi qruplaşmalara qoşulmazdan öncə daxildə və xaricdə ali təhsil almış insanlar olub.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tacikistan Respublikasının prezidenti İmam Əli Rəhmanov Suriya və İraqda öldürülən ölkə terrorçularının statiskasını açıqlayıb.

O, bildirib: “Bu günə kimi yüzlərlə vətəndaşlarımız Suriya və İraqda fəaliyyət göstərən terror qruplarına qoşulub. Onların əksəriyyətini cavanlar təşkil edib. Bu günə kimi isə, onlardan 300 nəfəri öldürülüb.”

İmam Əli Rəhmanov daha sonra deyib: “Öldürülmüş terrorçulardan 36 nəfəri təkfirçi qruplaşmalara qoşulmazdan öncə daxildə və xaricdə ali təhsil almış insanlar olub.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır