26 yanvar 2016 - 18:39
Doktor Ruhani Roma Papası ilə görüşdü – Foto

Höccətül İslam vəl Müslimin Doktor Ruhani Papaya İran İslam Respublikasındakı Əhli Beytin (əleyhim səlam) Maarif və Elm mərkəzi Müqəddəs Qum şəhərində əllə toxunulmuş 1,2 metrlik Fars xalçası, Papa isə ona üzərində müqəddəs Martin of Toursun şəkli olan medal bağışlayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam Respublikasının prezidenti Həsən Ruhani İtaliyaya səfəri çərçivəsində Roma papası Fransisklə görüşüb.

Tərəflər 40 dəqiqə davam edən görüşdə İran İslam REspublikasının sülhməramlı nüvə proqramını, Yaxın Şərqdə mövcud olan problemləri, terrorizmə və qanunsuz silah alverinə qarşı mübarizəni müzakirə ediblər.

Höccətül İslam vəl Müslimin Doktor Ruhani Papaya İran İslam Respublikasındakı Əhli Beytin (əleyhim səlam) Maarif və Elm mərkəzi Müqəddəs Qum şəhərində əllə toxunulmuş 1,2 metrlik Fars xalçası, Papa isə ona üzərində müqəddəs Martin of Toursun şəkli olan medal bağışlayıb.

Xatırladaq ki, Doktor Həsən Ruhani sanksiyaların götürülməsindən sonra ilk səfərini İtaliyaya edib. Bu səfərdə iki ölkə arasında 14 razılaşma və memarondum imzalanıb.


 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır