Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Missuri ştatının St.Luis şəhərində polisin qaradərili yeniyetməni öldürməsindən sonra baş qaldıran aksiyada nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.
Polisə butulka və kərpic atan nümayişçilər gözyaşardıcı qazla dağıdılıb. 9 nəfər nəzarət altına alınıb.
Qeyd edək ki, 18 yaşlı Mənsur Ball-Bey avqustun 19-da polislə qarşıdurma zamanı öldürülüb. O, evində axtarış aparan iki polis işçisinə silah tuşlayarkən güllələnib. St.Luis polis idarəsinin rəisi Sem Dotson evdə olan digər bir şəxsin qaçmağa nail olduğunu bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır