22 iyul 2015 - 04:27
Bağdadda bir birinin ardınca iki partlayış baş verib

Belə ki, əvvəl Bağdadın şərq bölgəsində minalanmış avtomobilin partladılması nəticəsində 17 günahsız mülki şəxs Şəhid olub, 43 nəfər yaralanıb. Şəhərin cənub hissəsində digər avtomobildə partlayıcı qurğunun işə salınması daha 2 iraqlı Şəhid olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist israil rejimi, ABŞ və Qərb ölkələrinin dəstəyi ilə Suriya və İraqda daxili çəkişmələr yaradan sələfi ünsürləri Müsəlmanları qətliam etməkdə davam edir.

Məlumata görə, ötən gün İraqın paytaxtı Bağdad şəhərində iki terror aktı qeydə alınıb. Hadisə zamanı xeyli sayda insan təlafatı üz verib, həmçinin şəxsi və dövlət əmlakları ciddi maddi xəsarətlər alıb.

Belə ki, əvvəl Bağdadın şərq bölgəsində minalanmış avtomobilin partladılması nəticəsində 17 günahsız mülki şəxs Şəhid olub, 43 nəfər yaralanıb.

Şəhərin cənub hissəsində digər avtomobildə partlayıcı qurğunun işə salınması daha 2 iraqlının həyatına son qoyub.

Xatırladaq ki, Ramazan bayramı günü Bani Saad şəhərində baş vermiş partlayış 120 günahsız insanın Şəhid olmasına səbəb olmuşdu.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır