Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriyanın Maiduquri şəhərində terror hadisəsi qeydə alınıb.
Burino əyalətinin Maiduquri şəhər polisi qeyd olunan terror hadisəsi haqda bildirib: “Böyük partlayış qabiliyyətinə malik olan bombanı özünə bağlamış sələfi intiharçısı Əl Hac Haruna adına Məscidə daxil olduqdan sonra özünü partladıb.”
O, bildirib: “Hadisə zamanı 26 günahsız vətəndaş Şəhid olmuş və 27 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.”
Xatırladaq ki, artıq bir neçə ildir ki, anormal sələfi əqidəsinə malik olan Boko Haram terror qruplaşması Nigeriyada qanlı hadisələr törədir. On minlərlə insanlar Boko Haram terrorunun qurbanları olmuş, minlərlə qadın və qızlar isə sələfilər tərəfindən cinsi təcavüzlərə məruz qalmışlar.






Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır