23 may 2015 - 08:29
Malaziyalılar Ruhinqa Müsəlmanlarına qarşı davam edən zorakılıqlara etiraz etdilər – Foto

Aksiya iştirakçılarıayrı ayrılıqda Myanma dövlətinin səfirliyi qarşısında iki etiraz aksiyası təşkil edərək, Malaziya hökümətindən Myanma dövləti ilə, diplomatik əlaqələrə son qoymasını tələb etmiş həmçinin Myanma dövlətinin yürütdüyü irqçi siyasətlərini məhkum edən şüarlar vermişlər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Malaziyalılar Myanma dövləti tərəfindən ölkədə azlıqda olan Ruhinqa Müsəlmanlarına qarşı zorakılıq, assimiliyasiya və soyqırım kimi qeyriinsani aktlara qarşı çıxaraq bu ölkənin Malaziyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Məlumata görə, İnsan Haqqları Təşkilatları tərəfindən paytaxt Kualalanpurda təşkil olunan etiraz aksiyası iştirakçıları Myanma dövlətinə müraciət ünvanlayaraq bu ölkədə yaşayan və azlıq təşkil edən Ruhinqa Müsəlmanlarına qarşı Arakan əyalətində yürütdüyü zorakılıqlara son qoymasını tələb ediblər.

Aksiya iştirakçılarıayrı ayrılıqda Myanma dövlətinin səfirliyi qarşısında iki etiraz aksiyası təşkil edərək, Malaziya hökümətindən Myanma dövləti ilə, diplomatik əlaqələrə son qoymasını tələb etmiş həmçinin Myanma dövlətinin yürütdüyü irqçi siyasətlərini məhkum edən şüarlar vermişlər.

Xatırladaq ki, Myanma dövləti və bir qrup buddist yaraqlıları 2012-ci ildən etibarən ölkədə min illər yaşamış Ruhinqa Müsəlmanlarına qarşı soyqırım və irqçi siyasətlər yürüdərək, 100 minlərlə Ruhinqalı Müsəlmanı ev və yurdlarından didərgin salıblar. Hal hazırda Myanmadan qaçıb canını qurtara bilən on minlərlə Ruhinqalı Müsəlmanlar qonşu ölkələrə o, cümlədən İndoneziya, Tayland və Malaziyaya pənahəndə olurlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır