18 may 2015 - 12:27
Prezident Ruhaninin Beynəlxalq Qurani Kərim Müsabiqəsindəki çıxışı

Çıxış zamanı Qurani Kərimin Ali İmran sürəsinin 164 –cü ayəsini "لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ " (Allah Təala, mömünlərə Kitab (Qurani Kərim) və Hikməti öyrədib, Allah Təalanın ayələrini tilavət edərək onları pisliklərdən təmizləyən və özlərindən olan bir şəxsi onlara Peyğəmbər təyin etməklə mömünlərin boynuna böyük bir haqq qoydu. Halbuki onlar bundan qabaq açıq və aydın bir zəlaətdə (azğınlıqda) idilər.)- oxuyan Prezident Həsən Ruhani cənabları qonaqları Böyük Məbəs Bayramı münasibəti ilə, təbrik edib, xarici ölkələrdən “Salmani Farsinin” diyarına təşrif gətirmiş qonaqlara xoş gəlmişsiniz deyərək hamını salamladı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehranda keçirilən 32-ci Beynəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani cənabları çıxış edib.

Çıxış zamanı Qurani Kərimin Ali İmran sürəsinin 164 –cü ayəsini "لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ " (Allah Təala, mömünlərə Kitab (Qurani Kərim) və Hikməti öyrədib, Allah Təalanın ayələrini tilavət edərək onları pisliklərdən təmizləyən və özlərindən olan bir şəxsi onlara Peyğəmbər təyin etməklə mömünlərin boynuna böyük bir haqq qoydu. Halbuki onlar bundan qabaq açıq və aydın bir zəlaətdə (azğınlıqda) idilər.)- oxuyan Prezident Həsən Ruhani cənabları qonaqları Böyük Məbəs Bayramı münasibəti ilə, təbrik edib, xarici ölkələrdən “Salmani Farsinin” diyarına təşrif gətirmiş qonaqlara xoş gəlmişsiniz deyərək hamını salamladı.

Cənab Prezident daha sonra bildirdi: “Qurani Məcid Səmavi Kitab ünvanında biz Müsəlmanlar üçün bir nur və hidayət mənbəsi, Haqq və həqiqət ardıyca olan insanlar üçün isə, rəhmət və aydınlıq resursudur...

Baxmayaraq ki, Allah Cəllə Cəlaluh keçmiş ümmətlər üçün də, kitablar göndərmişdir və bu məsələni Qurani Kərim də təsdiqləyir, amma Quranı Məcidin xas özəllikləri vardır ki, digər səmavi kitablardan onu fərqləndirir.”

Höccətül İslam və Müslimin Həsən Ruhani cənabları Qurani Kərimin İlahi bir kitab olmasına və bütün səmavi kitablar arasında hər hansı bir təhrifdən amanda qalmasına yeganə kitab olduğuna işarə edərək bildirib: “Digər səmavi kitablar tarix boyu azmış insanların təhrifi ilə üzləşib, lakin Qurani Kərim Allah Təala tərəfindən və Müsəlman toplumunun çalışqanlıqları sayəsində İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nazənin qəlbinə nazil olduğu kimi qorunub saxlanaraq bu gün bizim əlimizə gəlib çatmışdır. Hətta tarixi mənbələrə əsasən Qurani Kərimin sürələrinin bu günkü tərtibi Böyük İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) rəsmi göstərişinə tam uyğundur.”

Həsən Ruhani daha sonra vurğulayıb: “Bu gün İslam Dünyasında Müsəlmanlar arasında Qurani Kərimin mətni haqda heç bir nəzər ayrılığının olmaması Ulu Tanrının biz Müsəlmanlara bəxş etdiyi böyük bir töhfvəsidir.”

Doktor Həsən Ruhani cənabları bütün Müsəlmanlar arasında Quranın vahid bir dildə olduğuna işarə edərək bildirib: “Bütün Müsəlmanların Qurani Kərimi Vəhy Dili ilə, nazil olduğu kimi oxumaqları İslam Aləmində vəhdətin yaranmasına səbəb olan amillərdən biri saylır. Əgər bütün millətlərin Qurani Kərimi (ərəbcə deyil yalnız) öz ana dillərində oxmalarına icazə verilsəydi onda bu günkü günümzdə olan birlik Müsəlman Dünyasında müşahidə olunmazdır.”

İslam Respublikasının Prezidenti daha sonra qeyd edib: “İctimaiyyət Qurani Kərimin dediklərinə əməl etməklə, təqva və pərhizkarlıqla Allah Sübhanəhu Təalanın rəhmət sayəsinə qovuşur. Baxmayaraq ki, Qurana baxmaqın ozü bir ibadət sayılır və Qurani Məcidi qoruyub saxlamaqın ozü böyük bir dəyərlərdən biridir, lakin əgər Quranın ayələrini həyatımızda və ictimaiyyətdə icra etsək bu zaman Allahın özəl rəhmətinə qovuşarıq.”

Prezident Ruhani daha sonra bildirib: “Qurani Kərimin digər bir özəliki də, onun bütün bəşəriyyət və haqq ardıyca olan insanlar üçün hidayət çırağı olmasıdır.”

İran İslam Respublikasının icraçı qüvvəsi Həsən Ruhani cənabları daha sonra qeyd edib: “Qurani Məcid İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) möcüzəsi və biz Müsəlmanların fəxridir. Biz Qurani Kərimi tilavət edib, hifz edərək ona əməl etməklə, budan da üstünü Quranşünas olmaqla fəxr edirik. Ona görə ki, İslami bir ictimaiyyətin bariz nümunələrindən biri də, Səmavi Kitabın ayələrini oxuyub tilavət etməkdir. Quranı başa düşüb, anlamaq bizim əsas vəzifəmizdir. Amma bundan da üstünü Quranın buyurduqlarına əməl etməkdir.”

Prezident Həsən Ruhani cənabları vurğulayıb: “Qurani Kərimin bizdən son istəyi təqvalı olub, Müsəlmanlar arasında vəhdət və ülfəti yaradıb, Nəhy əz Münkər və Əmr be Məruf- Xalqı pisliklərdən çəkindirib yaxşı əməllərə sövqləndirmək, ibadət, namaz, oruc, həcc və s. əsasları yerinə yetirməsidir...”

İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani cənabları daha sonra vurğulayıb: “Diqqətli olmalıyıq ki, içərisi fitnəkar insanlarla dolu olan Məscid ünvanında gözəl və təşrifati binalar inşa edilməsin. Belə olmasın ki, Şamda – Suriyada, İraqda, Yəməndə və Pakistanda ekstrimist qruplar Müsəlmanların canına düçar olsun və biz də, qıraqda sakit durub bu cinayətlərin şahidi olaq.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır