Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şiə Dünyasının və İslam Aləminin Ali Təqlid Mərcələrindən biri olan Ayətullah Nuri Həmədani İslam İnqilabının Ali Lideri, Vəliyyi Fəqih ilə bağlı mühüm mesaj verib.
Ayətullah HüseynNuri Həmədani həzrətlərinin mesajının mətni belədir:
Bismilləhir Rahmənir Rahim
Qara sərlövhəsində qətl, talan və qarətdən başqa heç nəyi olmayan və amansız sionist rejimin cinayətlərini ardıcıl olaraq dəstəkləyən ABŞ-ın cinayətkar prezidenti İslam İnqilabının liderlik mövqeyinə və Vəliyyi Fəqih, Ayətullah Xamenei (Allah onu qorusun) haqqında axmaq açıqlama verməyə cəsarət edib.
Bu böyük şəxsiyyət müasir dövrdə İslamın ləyaqətinin bayraqdarıdır və İslam xalqının məzlumlarının fəryadıdır.
Özündənrazı, təkəbbürlü düşmən başçılarının bu nəcib varlığa qarşı düşmənçiliyi onların qüdrətli olduqlarına görə deyil, daha çox onların ifrat acizliyindən və İslami oyanışın yayılması və müqavimət diskursunun bütün dünyada qoyduğu təsirindən qorxmaları ilə bağlıdır.
Biz, bildiririk ki, İslam Ümmətinin əzəmətli müctəhidinə və rəhbərliyinə edilən hər hansı bir hücum və hörçətsizlik İslamın təməlinə və bütün müsəlmanların həyatına edilən hücum hesab edilir və mömin İran xalqı, eləcə də dünyanın bütün azad insanlarının sərt və sarsıdıcı cavabı ilə qarşılanacaqdır. Amerika və onun zalım hökmdarları bilməlidirlər ki, bu təhdidlər nəinki millətimizin iradəsini pozmayacaq, həm də İslam millətinin sıralarını daha da gücləndirəcək. Hər kəs bilməlidir ki, Uca Allahın Vədi Haqqdır.
“Hər kəs Allaha yardım edərsə, Allah da ona da kömək edər. Həqiqətən, Allah Qüdrətlidir, Məğlubedilmədir”
Hicri şəmsi tarixi ilə: 28 Xordad 1404
Hüseyn Nuri Həmədani
Sizin rəyiniz