30 iyun 2025 - 18:00
Ayətullah Məkarim Şirazinin sionizm və təkəbbür liderlərinə qarşı aydın fitvası: Ayətullah Xameneini təhdid edənin hökmü edamdır!

İslam ümmətinə və onun suverenliyinə zərər vurmaq məqsədilə rəhbərliyə və mərcəiyyətə təhdid edən və ya (Allah eləməsin) onlara hücum edən hər hansı bir şəxs və ya rejim MÜHARİB- (döyüşən tərəf) sayılır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ali Təqlid Mərcələrindən olan Ayətullah Nasir Məkarim Şirazi ABŞ və sionist rejimin İslam İnqilabının Ali Məqamlı Rəhbərinə və İslam Aləminin Ali Təqlid Mərcəiyətinə qarşı təhdidləri ilə bağlı şər`i suala cavab veriblər.

Ayətullah Məkarim Şirazinin ABŞ və sionist rejimin İslam İnqilabının Ali Məqamlı Rəhbəri və şiə Mərcayəsinə qarşı təhdidləri ilə bağlı şər`i sualın cavabının mətni belədir:

Bismilləhir Rahmənir Rahim

İslam ümmətinə və onun suverenliyinə zərər vurmaq məqsədilə rəhbərliyə və mərcəiyyətə təhdid edən və ya (Allah eləməsin) onlara hücum edən hər hansı bir şəxs və ya rejim MÜHARİB- (döyüşən tərəf) sayılır. Və müsəlmanlar və ya İslam dövlətləri tərəfindən mühariblə hər hansı əməkdaşlıq və dəstək haramdır və bütün dünya müsəlmanlarına bu düşmənləri dedikləri sözlərinə və etdikləri səhvə görə peşman etmələri lazımdır. Əgər bu yolda bir çətinlik və ya zərər görsələr, in şə Allah, Mücahid Fi Səbilillahın (Allah yolunda bir döyüşçünün) mükafatı vardır.

Allah İslam ümmətini düşmənlərin şərrindən qorusun və Zamanın Sahibinin zühurunu tezləşdirsin.

Sizin rəyiniz

You are replying to: .
captcha