Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hindistan, Pakistanla gərginliyin artmasından sonra hava məkanını Pakistan təyyarələri üçün bağlayıb.
Hindistanın bu addımı Pakistanın Hindistanın qaçılmaz hərbi hücum planlaşdırdığını göstərən etibarlı kəşfiyyat məlumatı aldığını elan etməsindən sonra atılıb.
Bu qərar Kəşmir bölgəsinin Hindistan hissəsinə hücumdan sonra iki ölkə, Hindistan və Pakistan arasında davam edən gərginlik və ardınca Yeni Dehlinin İslamabadı ittiham etməsi fonunda qəbul edilib.
İslamabad ittihamı rədd etsə də, iki ölkə o vaxtdan bəri hər gün ortaq sərhədləri boyunca atışmalara başlayıb və bir-birinin diplomatlarını qovmaq və sərhədləri bağlamaq kimi addımlar atır.
Sizin rəyiniz