4 may 2025 - 06:24
Qondarma “İŞİD” adlı dağıdılmış terror təşkilatının yüksək rütbəli lideri İraq Xalq Səfərbərlik Qüvvələrinin tələsinə düşdü

İraq mənbələri sabiq qondarma “İŞİD” adlı terror təşkilatının yüksək rütbəli liderinin həbs edilməsi və İraq Xalq Səfərbərlik Qüvvələri tərəfindən ölkənin qərbində İŞİD terror tunelinin aşkarlanması barədə məlumat yayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Ənbar vilayətindəki iraqlı mənbə sabiq qondarma “İŞİD” adlı terror təşkilatının tanınmış liderinin ələ keçirildiyini bildirib.

İraqın Həşdu Şəbi (Xalq Səfərbərlik Qüvvələri) Səlahəddin və Ənbar əyalətləri arasındakı səhra ərazilərində sabiq qondarma “İŞİD” adlı terror təşkilatının tanınmış liderini müşahidə edib və lider heç bir müqavimət göstərmədən İraq Xalq Səfərbərlik Qüvvələri tərəfindən həbs edilib.

Bu barədə mənbə deyib: “Həbs edilən İŞİD üzvü bu cinayətkar qruplaşmanın liderlərindən biri və İŞİD-in yüksək səviyyəli simasıdır və onunla birlikdə saxta şəxsiyyət sənədləri aşkarlanıb.”

İraqın digər təhlükəsizlik mənbəsi də İraq Xalq Səfərbərlik Qüvvələri tərəfindən Ənbar əyalətində İŞİD-in gizli tunelinin aşkar edildiyini və tunelin içərisində olan partlayıcı kəmər, partlayıcı materiallar və müxtəlif silahların zəbt edilərək, tünelin dağıdıldığını bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha