Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qum Elmi Hövzəsinin Müəllimlər Dərnəyinin üzvü Ayətullah Möhsün Fəqihi ABNA Beynəlxalq Xəbər Agentliyinin redaksiyasın ziyarət edib və agentliyin fəaliyyəti ilə bağlı məlumatlandırılıb.
Səmərəli ziyarətdən sonra Ayətullah Fəqihi ABNA Xəbər Agentliyinin müxbirləri ilə görüşüblər. Və redaksiyamızın üzüvləri üçün etdiyi çıxışında hazırkı vəziyyətdə medianın missiyasını və media etikasının əhəmiyyətini açıqlayıblar.
Qum Elmi Hövzəsinin Müəllimlər Dərnəyinin üzvü ABNA Xəbər Agentliyinin müxtəlif sahələrdə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək xəbər agentliyinin müxbirlərinə müraciət edərək bildiriblər: “ABNA Xəbər Agentliyi müxtəlif dillərdə layiqli xidmətlər təqdim edir və bu xidmətlər təqdirə və təşəkkürə layiqdir.”
Qum Elmi Hövzəsinin professoru daha sonra bildiriblər: “Biz işimizdə Allaha yaxın olmaq niyyətində olmalıyıq. Əlimizdə olan hər şeyin Allahdan olduğunu bilməliyik və Allah yolunda sabit olmalıyıq.”
Müəllimlər Dərnəyinin üzvü qeyd ediblər: “Yazdığımız hər bir söz Allaha və Zamanın İmamına (əccələllahu təala fərəcəhu şərif) xoş gəlməlidir. Biz İmam Zamanın (əccələllahu təala fərəcəhu şərif) razı olduğu və Ali Məqamlı Rəhbərin bəyəndiyi yolla getməliyik.”
Ayətullah Fəqihi mediada etibarlılıq və dürüstlüyün vacibliyinə işarə edərək bildiriblər: “Əgər söz və xəbərlərin yayılması sahəsində dürüstlük və düzgünlüyü qoruyub saxlasaq, böyük xidmətlər göstərə bilərik.”
Qeyd edək ki, ABNA İnformasiya Agentliyinin icraçı direktoru Həsən Sadrai Aref agentliyin müxtəlif departamentlərinin fəaliyyəti haqqında hesabat təqdim ediblər.
Sizin rəyiniz