25 mart 2025 - 22:16
Yəmən silahlı qüvvələri Ben Qurion hava limanına və ABŞ-ın “Truman” təyyarədaşıyan gəmisinə raket və pilotsuz təyyarələrlə hücum edib

Yəmən silahlı qüvvələri dünyanın bütün azad insanlarını Fələstin məzlum xalqına dəstək olmaqda öz dini və əxlaqi vəzifələrini yerinə yetirməyə çağırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələri, Fələstin ərazilərini işğal etmiş faşist İsrail rejiminin Yaffa şəhərindəki Ben Qurion hava limanını, eləcə də Qırmızı dənizdə Amerikanın “Truman” təyyarədaşıyan gəmisini uğurla hədəfə alıb.

Bu  hücumlar ballistik raketlər və hücum dronları ilə həyata keçirilib.

Məlimata görə, Yəmən Silahlı Qüvvələri “Zülfiqar” və “Fələstin 2” tipli iki ballistik raketlə yəhudi faşistlərinin işğal altındakı Yaffadakı Ben Qurion hava limanını hədəf alıblar.

Həmçinin, Ənsarullah Qüvvələri digər bir hücum təşkil edərək ABŞ işğalçı qüvvələrinin Qırmızı dənizdəki “Truman” təyyarədaşıyan gəmisi və bir neçə döyüş gəmisini bir neçə raket və pilotsuz hücum təyyarələri ilə hücuma məruz qoyublar. Bu, son 24 saat ərzində Yəmən və Amerika qüvvələri arasında ikinci toqquşmadır.

Yəmən Silahlı Qüvvələri dəniz toqquşmasının bir neçə saat davam etdiyini və bu müddət ərzində Yəmənə qarşı hazırlanan kütləvi hava hücumunun qarşısının alındığını vurğulayıblar.

Bəyanatın başqa bir hissəsində Yəmən silahlı qüvvələri dünyanın bütün azad insanlarını Fələstin məzlum xalqına dəstək olmaqda öz dini və əxlaqi vəzifələrini yerinə yetirməyə çağırıb.

Bəyanatın sonunda işğal olunmuş ərazilərin dərinliklərinə doğru hücumların və uşaq qatili İsrail rejim gəmilərinin hərəkətinin qarşısının alınmasının Qəzzaya təcavüz və mühasirəyə son qoyulana qədər davam edəcəyi vurğulanır.

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha