6 mart 2025 - 15:25
Qurandan hekayələr; Təfəkkür və düşünmək üçün bir yer, Müasir insan üçün ibrət dərsi / (2)

(Ey Peyğəmbərim!) Bu əhvalatları (onlara) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər! (Əraf/176)

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Həqiqətən, onların (peyğəmbərlərin) hekayətində ağıl sahibləri üçün ibrət vardır. [Quran] uydurma bir söz deyil, əksinə, özündən əvvəlkiləri (İlahi kitabları) təsdiq edən, hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir.” (Qurani-Kərim/Yusuf/111)

1. Şeytan və sehr-cadu təlimi

Harut və Marut şeytanlar tərəfindən sehr öyrədilməsinin acı nəticələrini insanlara çatdırsalar da, İsrali övladlarından bəziləri sehr-cadu etməklə Allahın rəhmətindən uzaqlaşdılar (Bəqərə, 102).

2. Həzrət İbrahimin (əleyhi səlam) imaməti

Həzrət İbrahim (əleyhi səlam) çoxsaylı sınaqlardan sonra imamətə çatdı və Kəbə Evini həzrət İsmayıl (ə) ilə birlikdə tikdi (Bəqərə/124-129).

3. Qiblənin dəyişdirilməsi

Allah müsəlmanların qibləsini Qüdsdən Kəbəyə dəyişdi və bununla insanların imanını sınadı (Bəqərə/142-150).

4. Talut və Calut

Allah Talutu İsrail övladlarına başçılıq etmək üçün rəhbər təyin etdi və o, az bir ordu və güclü imanla Calutu məğlub edə bildi (Bəqərə: 246-251).

5. Həzrət Üzeyir (əleyhi səlam)

Allah Öz qüdrətini göstərmək üçün Həzrəti Üzeyri (əleyhis-səalam) və ulağını 100 illik ölümdən sonra diriltdi (Bəqərə/259).

6. Ölüləri necə diriltmək olar

Həzrət İbrahim (əleyhis-salam) qəlbən tam əmin olması üçün Allahdan ona ölülərin dirilməsinin göstərməsini istədi və Allah onun üçün ölü quşları diriltdi (Bəqərə, 260).

7. Məryəm (səlıamullahi əleyha)

Həzrət Məryəmin (səlamullahi əleyha) anası qocalıq çağında bətnində olan körpəni Allaha nəzir etdi. O, Məryəmi (əleyha salam) ibadətgahda Allaha xidmətkar qul etdi. (Ali-İmran: 35-47)

8. Həzrət Zəkəriyyaya (əleyhi səlam) uşaq müjdəsi.

Həzrət Zəkəriyya (əleyhi səlam) qocalıq çağında Allahdan saleh övlad istədi və bir mələk onu namazgahda Yəhya adlı övladı ilə müjdələdi (Ali-İmran: 38-41).

9. İsanın (əleyhi səlam) Doğulması

Həzrət İsa (əleyhi səlam) Allahın əmri və iradəsi ilə atasız dünyaya gəlmişdir ki, bu da bir növ İlahi möcüzə idi (Ali İmran: 45-47, 59).

10. İsanın (əleyhis-səlam) möcüzələri

 Həzrət İsa (əleyhis-salam) Allahdan quşların yaradılması, xəstələrə şəfa verməsi, ölüləri diriltməsi və s. kimi bir çox möcüzələr gətirmişdir (Ali-İmran: 49-55).

ABNA Xəbər Agentliyi

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Sizin rəyiniz

You are replying to: .
captcha