Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 2025-ci ilin mübarək Ramazan ayında yayımlanması planlaşdırılan “Müaviyə” serialı yayımlanmamışdan əvvəl halal-haram olması ilə bağlı mübahisə ilə üzləşdi. Bu serialın önizləməsi son bir neçə saat ərzində geniş müzakirələrə səbəb oldu və sonda serial ssenarisinə görə qadağan edildi.
Müaviyə ibn Əbi Süfyanın tərcümeyi-halı olan bu silsilə üçüncü qəsibkar xəlifə Osman ibn Əffanın terror edilməsindən və Əməvi dövlətinin qurulması ilə başa çatan siyasi çəkişmələrlə Həzrət Əli ibn Əbi Talibin (ə) xilafətə gəlməsindən sonra baş verən hadisələrdən bəhs edir.
Ali Alimlər Şurası bu serialda səhabələrin personajlarının təsvirinin verildiyi üçün tamamilə bu işə qarşı olduğunu bəyan edərək, bunu “dini baxımdan haram” hesab edib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
