1 mart 2025 - 01:50
İran İsrailin Suriyaya hücumlarını məhkum etdi

Bəqayi sionist rejimin təcavüzünü, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin pozulmasının dayandırılması üçün BMT Təhlükəsizlik Şurasından dərhal reaksiya tələb edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi sionist rejimin Suriyanın cənubu və Dəməşq ətrafı bölgələrə yeni hava və quru hücumlarını kəskin şəkildə məhkum edərək, faşist sionist rejimin qanunsuzluğunun qarşısını almaq üçün təcili tədbirlər görmək məqsədi ilə beynəlxalq ictimaiyyət və İslam ölkələrindən qətiyyətli cavab tələb edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin 1974-cü il müqaviləsini dəfələrlə pozmasına toxunaraq, bu təcavüzləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinin açıq şəkildə pozulması adlandırıb. Və sionist rejimin təcavüzünü, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin pozulmasının dayandırılması üçün BMT Təhlükəsizlik Şurasından dərhal reaksiya tələb edib.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!