Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriya mediası faşist İsrail rejimin Dəməşqin cənub-qərb ətrafındakı Qatna bölgəsinə hava zərbəsi endirdiyini bildirib.
Düşmən sionist rejimin döyüş təyyarələri, rejimin quru qoşunlarının təcavüzü ilə eyni vaxtda Suriyanın cənubundakı Dəra şəhərinin yaxınlığında 20-dən çox hava hücumu həyata keçirib.
Media İsrail döyüş təyyarələrinin bazar ertəsi Dəra əyalətindəki keçmiş rejimin hərbi bazalarını bombaladığını bildirib.
Bəzi mənbələr Suriya Xəbər Agentliyinə bildiriblər ki, İsrail rejiminin döyüş təyyarələri Cəbab şəhərindəki 89-cu briqadanı və Dəra şəhərinin kənarındakı Əzra şəhərindəki 12-ci briqadaları hədəf alıb.
Mənbələr hücumlarda keçmiş Suriya rejiminə aid hərbi bazaların, o cümlədən hələ məhv edilmədiyini bildirdikləri tankların hədəf alındığını qeyd edib.
Sionist düşmən ordusunun quru qüvvələri bombardmandan sonra Suriyanın cənubundakı Məariyyə, Kariz əl-Vəvi və Küveyyə bölgələrinə hücum edib.
Bu arada Suriyaya Türkiyənin gücü ilə hakim kəsilmiş Qolaninin terrorçu vəhhabi rejimi də Suriyanın Sahil Bölgələrində Ələvilərə qarşı Soyqırım həyata keçirir.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz